
SMART HCM & LMS Release Day: OKR, 1-on-1 və AI rekruting
SMART HCM & LMS-də gündəlik HR proseslərini sadələşdirən və ölçülə bilən nəticə verən yenilikləri təqdim edəcəyik — OKR və 1-on-1-dan tutmuş namizədlərin smart axtarışına və menecerlər üçün əmək haqqı şəffaflığına qədər.
Biz tendensiyaları diqqətlə izləyirik ki, SMART HCM & LMS-in hər bir yenilənməsi sadəcə prosesləri avtomatlaşdırmasın, həm də insanların daha asan, daha şüurlu və daha məhsuldar işləməsinə kömək etsin. Bugün komandalar daha çox şəffaflığa, menecerlər daha sürətli qərarlara, HR və işə götürən mütəxəssislər isə daha az əl işinə ehtiyac duyurlar.
Məhz bu çağırışları nəzərə alaraq, biz 27.0 Təkmilləşdirmə qeydləri buraxılışını formalaşdırdıq.
SMART HCM & LMS 27.0 buraxılışındakı yeniliklər
OKR: strategiyadan nəticəyə
Məqsədlərin qoyulması, izlənməsi və təhlili üçün vahid mühit. Check-inlər, avtomatik statuslar və real vaxt rejimində irəliləyiş.
Sistemdə təkbətək görüşlər (1-on-1)
İndi rəhbərlər(menecerlər)/HR ilə əməkdaşlar arasında müntəzəm görüşlər strukturlaşdırılmış formatda keçirilir.
Görüşlər üçün rahat şablonlar, şəxsi qeydlər, FİP (Fərdi inkişaf planı) və məqsədlərin dərhal səhifədən yaradılması imkanı mövcuddur.
Namizədlərin smart axtarışı
İşə qəbul prosesində yeni səviyyə: bütün CV-lər, müraciətlər və qiymətləndirmələr bazasında açar sözlər vasitəsilə axtarış. Əl əməyinin azalması, bu isə daha yüksək dəqiqlik deməkdir.
Menecerlər üçün şəffaflıq
Korporativ tədbirlərə çevik giriş imkanı