
Microsoft - Beynəlxalq ERP sistemində insan resursları üzrə əməliyyatların uçotu və əmək haqqının hesablanması
Kurs haqqında
SMART Payroll əmək və vergi qanunvericiliyinin yerli tələblərinə uyğunlaşdırılmış Azərbaycan Respublikasının müasir əmək standartlarına uyğun olaraq əmək haqqı və kadr uçotunun aparılması üçün Microsoft Dynamics 365 Business Central-a əsaslanan həlldir.
Praktiki kursda biz sistemdə əsas kadr və əmək haqqı əməliyyatlarının uçotunun aparılması və beynəlxalq ERP sisteminin funksionallığının öyrənilməsini təklif edirik. Kurs mövcud proqram təminatlarını əvəz etmək istəyənlər və ya yeni peşəkar bacarıqlar öyrənmək istəyənlər üçün maraqlı olacaq. O cümlədən, akademiyamız ərzində qanunvericilikdə edilmiş dəyişikliklərin əyani nümunələr üzərində müzakirəsinə də yer veriləcək.
Siz, əyani şəkildə sistemdə əməliyyatlar aparacaq, praktiki tapşırıqları tamamlayacaq və ERP sistemində işləmək üzrə əldə edilmiş bacarıqları təsdiq edən sertifikat alacaqsınız.