
Xəstəlik vərəqələri üzrə müavinət hesablanması qaydalarında dəyişikliklərin ERP sistemində izahı
Müasir iş mühitində baş verən qanunvericilik dəyişiklikləri əməliyyat proseslərinə birbaşa təsir göstərir. Son dəyişikliklərə vaxtında uyğunlaşmaq, onların tətbiqi ilə bağlı dəqiq, qısa və aktual təlimatlara sahib olmaq hər bir təşkilat üçün mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, müvafiq prosedurların avtomatlaşdırılması və sistemlərin mövcud normativ tələblərə uyğun şəkildə yenilənməsi dayanıqlı və effektiv idarəetmənin əsas şərtlərindən biridir.
Bu vebinarda, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”-də ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə son dəyişikliklərin ERP sistemlərinə necə inteqrasiya olunduğu və xəstəlik vərəqəsi üzrə müavinət məbləğlərinin düzgün hesablanması haqqında ətraflı məlumat alacaqsınız.
Müzakirə edəcəyimiz mövzular:
- “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli qərarı ilə edilən dəyişikliklər
- Dəyişikliklərin qüvvəyə minmə tarixi
- Dəyişikliklərin ERP sistemində nümunələr üzərində təhlili və izahı
Kimlər üçün uygundur?
- İnsan resursları üzrə mütəxəssislər – Gündəlik fəaliyyətində xəstəlik vərəqələrinin qəbulu, yoxlanılması və müvafiq sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olan mütəxəssislər
- Maliyyə və İnsan Resursları departamentlərinin əməkdaşları – Əmək haqqı, xəstəlik vərəqəsi üzrə müavinət məbləğinin hesablamaları və ödəniş proseslərini icra və nəzarət edən mütəxəssislər.