Müasir iş mühitində baş verən qanunvericilik dəyişiklikləri əməliyyat proseslərinə birbaşa təsir göstərir. Son dəyişikliklərə vaxtında uyğunlaşmaq, onların tətbiqi ilə bağlı dəqiq, qısa və aktual təlimatlara sahib olmaq hər bir təşkilat üçün mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, müvafiq prosedurların avtomatlaşdırılması və sistemlərin mövcud normativ tələblərə uyğun şəkildə yenilənməsi dayanıqlı və effektiv idarəetmənin əsas şərtlərindən biridir.
Bu vebinarda, Əmək məcəlləsindəki (Maddə 111, 140, 177) son dəyişikliklərin ERP sistemlərinə necə inteqrasiya olunduğu və məzuniyyət məbləğlərinin düzgün hesablanması haqqında ətraflı məlumat alacaqsınız.
Müzakirə edəcəyimiz mövzular:
- Aşağıda vurğulanan qanunvericilikdə edilən dəyişikliklərin izahı
Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları
- Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, , orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
