Akademiyanı bitirdikdən sonra təchizat zəncirinin bütün proseslərini anlayacaq, həmçinin aşağıdakı sahələr üzrə ilkin bilik və praktiki bacarıqlar əldə edəcəksiniz:
- Logistika proseslərinin idarə edilməsi üçün Microsoft Dynamics 365 Business Central sisteminin biznes arxitekturası və funksionallığı ilə işləmək.
- Alış, satış, anbar və istehsal proseslərində əməliyyat sənədlərinin yaradılması və emalı.
- Ehtiyatların idarə edilməsi və təchizat zənciri çərçivəsində malların hərəkətinə nəzarət.
Akademiya demo və praktiki hissələrdən ibarətdir. Hər bir vorkşop 2–3 saat davam edir. Dərslər hər həftənin II və V günləri saat 14:00-da onlayn formatda keçirilir. Akademiyanı bitirdikdən sonra hər bir iştirakçı testdən keçmək və sertifikat əldə etmək imkanı qazanır.
Kurs alış, anbar logistikası, satış, istehsal, ehtiyatların idarə edilməsi və xidmət sahələri üzrə departament rəhbərləri və müvafiq mütəxəssislər, eləcə də İT direktorları və avtomatlaşdırma istiqamətləri üzrə rəhbərlər üçün nəzərdə tutulub. Xüsusilə aşağıdakı şəxslər üçün faydalıdır: